Ezonn Xəbər

Diqqət: 2031-ci ilədək...

Diqqət: 2031-ci ilədək...
Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda cari əməliyyatlar hesabı 2031-ci ilə kimi profisitli olacaq. Bu, 2027-ci il dövlət büdcəsinin zərfində əksini tapıb. Hökumət tərəfindən Azərbaycanda cari əməliyyatlar hesabının profisitinin 2027-ci ildə 1 milyard 750,8 milyon ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır. Sənədə əsasən, cari əməliyyatlar hesabının profisitinin 2028-ci ildə 503 milyon dollar, 2029-cu ildə 902 milyon dollar, 2030-cu ildə isə 1 milyard 333,5 milyon dollar təşkil edəcəyi gözlənilir. Beləliklə, 2028-ci ildən sonra Azərbaycanın cari əməliyyatlar hesabının müsbət saldosunun ardıcıl iki il artacağı proqnozlaşdırılır. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı oktyabrın 29-da proqnozunu yeniləyərək cari əməliyyatlar hesabında 2026-cı ildə 8,5 milyard ABŞ dolları, 2027-ci ildə isə 5,4 milyard ABŞ dolları profisit gözlədiyini açıqlayıb. Materiallardan istifadə zamanı istinad mütləqdir.