Əbu-Dabidə Ukrayna nümayəndə heyətinin Aİ və ABŞ nümayəndələri ilə görüşü başlayıb

Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir.
Əbu-Dabidə Rusiya ilə üçtərəfli danışıqlar başlamazdan əvvəl Ukrayna nümayəndə heyətinin Avropa İttifaqı (Aİ) və ABŞ nümayəndələri ilə koordinasiya görüşü başlayıb.\"Report\" xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov teleqram kanalında bildirib.Görüşdə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri, eləcə də ABŞ-nin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər. Ukrayna nümayəndə heyətinin tərkibinə Kirill Budanov, David Araxamiya, Sergey Kislitsa və Vadim Skibitski daxil olub.\"Biz danışıqların növbəti mərhələsindən əvvəl gələcək addımları əlaqələndirəcəyik\