Əraqçi: İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə ABŞ vitse-prezidentinin görüşü planlaşdırılmayıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
© APA | İranın xarici işlər naziri Abbas Əraqçi Müharibəyə son qoymağın yeganə yolu İranın şərtlərinin yerinə yetirilməsidir. APA -nın Tehran bürosunun I RNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın vitse-prezidenti JD Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi arasında görüşün keçirilməsi ehtimalı barədə xarici KİV-lərdə yayılan məlumatlara münasibət bildirərkən deyib. O, belə bir görüşün keçirilməsi ilə bağlı yayılan ehtimalların və media məlumatlarının əsassız olduğunu vurğulayaraq, görüşün təşkili ilə bağlı heç bir planın olmadığını bildirib. Əraqçi Vaşinqtonun İrana münasibətdə mövqeyinin dəyişməsi ehtimalı və ABŞ rəsmilərinin son açıqlamalarına da münasibət bildirib. “ABŞ prezidenti Amerika xalqının İranla müharibəyə qarşı olduğunu və ölkələrinin sionist rejimi dəstəkləmək naminə daim müharibəyə cəlb olunmasını istəmədiyini eşitmək üçün bu qədər gözləməli deyildi. O, daha əvvəl anlamalı idi ki, İranla müharibədə qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayıb və nail ola bilməyəcək”, – deyə nazir bildirib. Əraqçi əlavə edib ki, Tramp tezliklə sanksiyalar və iqtisadi təzyiqlərlə bağlı da yanlış yol seçdiyini anlayacaq. “İranla müharibə nə hərbi yolla, nə də sanksiyaların artırılması ilə başa çatacaq. Yeganə çıxış yolu hörmət dili ilə danışmaq, diplomatiyadan istifadə etmək və İranın iki günlük planda irəli sürdüyü, hələ də masada olan tələb və şərtlərini yerinə yetirməkdir”, – deyə Əraqçi qeyd edib. Əraqçi: İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə ABŞ vitse-prezidentinin görüşü planlaşdırılmayıb Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Azərbaycanın cari əməliyyatlar hesabı 2031-ci ilə kimi profisitli olacaq Müxalif “Güclü Ermənistan” partiyasının Stepanavan meri postuna namizədi istintaq təcridxanasında ölüb Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar bu gün başlayır Kambocada məktəb avtobusunun aşması nəticəsində beş şagird ölüb Dənizkənarı Milli Parkda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib ABŞ İran təhlükəsinə görə Britaniyadakı daha bir hərbi bazadan təyyarələrini çıxarıb Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlarda regional təhlükəsizlik müzakirə olunacaq