Ezonn Xəbər

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib. Yol polisi bayram günlərinin başa çatması ilə əlaqədar bölgələrdən paytaxta və digər istiqamətlərə qayıdan sürücüləri yollarda daha diqqətli olmağa çağırıb: “Xüsusilə geri dönüş zamanı nəqliyyat axınının intensivləşməsi nəzərə alınmalı, tələskənliyə yol verilməməli, təhlükəli ötmə manevrlərindən çəkinilməlidir. Uzun məsafəli səfərlərdən qayıdarkən sürücülərin diqqət etməli olduğu əsas məqamlardan biri də yorğunluqdur. Unutmayaq ki, sükan arxasında yorğunluq diqqətin yayınmasına, reaksiya müddətinin uzanmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə tövsiyə edir ki, səfər zamanı mütəmadi fasilələr versinlər, yuxusuz və yorğun halda avtomobil idarə etməsinlər. Unutmayın, əsas məqsəd mənzil başına tez deyil, sağ-salamat çatmaqdır!”, - qeyd edilib. BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib Əraqçi: İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə ABŞ vitse-prezidentinin görüşü planlaşdırılmayıb Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Azərbaycanın cari əməliyyatlar hesabı 2031-ci ilə kimi profisitli olacaq Müxalif “Güclü Ermənistan” partiyasının Stepanavan meri postuna namizədi istintaq təcridxanasında ölüb Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar bu gün başlayır Kambocada məktəb avtobusunun aşması nəticəsində beş şagird ölüb Dənizkənarı Milli Parkda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib ABŞ İran təhlükəsinə görə Britaniyadakı daha bir hərbi bazadan təyyarələrini çıxarıb Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlarda regional təhlükəsizlik müzakirə olunacaq