Fransa İrana qarşı sanksiyalar tətbiq edəcək

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Fransa kiberhücumla əlaqədar İrana qarşı sanksiyalar tətbiq edəcək. APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan edib. Nazir bildirib ki, Paris İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kiberhücumda əli olduğunu hesab edir və bu hadisəyə cavab olaraq bütün zəruri tədbirləri görmək niyyətindədir. “Biz heç bir variantı istisna etmirik. Yeni hücumların qarşısını almaq və bu yolverilməz təcavüzə görə məsuliyyət daşıyanları cəzalandırmaq üçün özümüzün mütənasib və zəruri hesab etdiyimiz bütün tədbirləri, o cümlədən ictimaiyyətə açıqlamayacağımız addımları atacağıq”, – Barro vurğulayıb. O əlavə edib ki, Fransa Xarici İşlər Nazirliyi etirazını bildirmək üçün İranın Parisdəki səfirini çağırmağı planlaşdırır. Bundan başqa, Fransa kiberhücuma görə məsuliyyət daşıyan şəxslərə qarşı Avropa İttifaqı səviyyəsində sanksiyaların tətbiqinə çalışacaq. Bu tədbirlər həmin şəxslərin Avropa ərazisinə girişinin qadağan edilməsini, bank hesablarının və maliyyə aktivlərinin dondurulmasını əhatə edə bilər. Qeyd edək ki, oktyabrın 11-dən 12-nə keçən gecə Fransanın müxtəlif bölgələrində yüzlərlə supermarket SEPAH-ın rəqəmsal bölməsi ilə əlaqəli olduğu ehtimal edilən kiberhücuma məruz qalıb. Hücum nəticəsində mağazaların soyuducu sistemlərinin fəaliyyəti pozulub və saxlanılan ərzaq məhsulları xarab olub. Bəzi mağazalar yüz minlərlə avro məbləğində zərərlə üzləşdiklərini açıqlayıblar. BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib Əraqçi: İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə ABŞ vitse-prezidentinin görüşü planlaşdırılmayıb Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Azərbaycanın cari əməliyyatlar hesabı 2031-ci ilə kimi profisitli olacaq Müxalif “Güclü Ermənistan” partiyasının Stepanavan meri postuna namizədi istintaq təcridxanasında ölüb Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar bu gün başlayır Kambocada məktəb avtobusunun aşması nəticəsində beş şagird ölüb Dənizkənarı Milli Parkda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib ABŞ İran təhlükəsinə görə Britaniyadakı daha bir hərbi bazadan təyyarələrini çıxarıb Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlarda regional təhlükəsizlik müzakirə olunacaq