Ezonn Xəbər

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başlayıb

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başlayıb
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar başlayıb. Bu barədə Rusiya mediası məlumat yayıb. Danışıqların iştirakçıları arasında Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Rüstəm Umerov rəhbərlik edir. ABŞ-nı isə Prezident Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner təmsil edirlər. Danışıqların gündəliyinə müharibədən sonrakı təhlükəsizlik təminatları, gərginliyin azaldılması, humanitar məsələlər və sülhə nail olmaq üçün növbəti addımlar daxildir.