İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 11-də Azərbaycanın hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı hissələrində qısamüddətli intensiv yağışların olacağı ehtimalı vardır.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7°C, gündüz isə 11-14°C olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% təşkil edəcək.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntılar ola bilər. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°C, gündüz 12-17°C arasında dəyişəcək. Dağlarda gecə 3-8°C şaxta, yüksək dağlıq ərazilərdə isə 10-15°C şaxta gözlənilir.