Ezonn Xəbər

Tramp brifinqdə jurnalistlə mübahisə etdi

Tramp brifinqdə jurnalistlə mübahisə etdi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. ABŞ Prezidenti Donald Tramp, Ağ Evin mətbuat katibinin iştirak etmədiyi bir brifinqdə jurnalistlə mübahisə edib. Brifinqdə Rusiya Prezidenti Vladimir Putinə yerinə yetirilməmiş ultimatumlarla bağlı sual verən jurnalist, Trampın son 22 ay ərzində atəşkəs danışıqları üçün çoxsaylı müddətlər təyin etdiyini xatırladıb. Tramp, jurnalistin sualına cavab verərək, "O, bizə qarşı vuruşur? Siz haradansınız?" deyə bildirib. Jurnalistin MS NOW şəbəkəsindən olduğunu öyrənən Tramp, həmin şəbəkəni "saxta xəbər" adlandırmış və onun tarixdə ən aşağı reytinqə malik olduğunu iddia edib.