Sabah yağış yağacaq, şaxta olacaq

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 11-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Gündüz saatlarında ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli intensivləşməsi ehtimal olunur. Bu barədə məlumatı Modern.az saytı Milli Hidrometeorologiya Xidmətinə istinadən yayımlayıb.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5–7 dərəcə, gündüz isə 11–14 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 770 millimetr civə sütunundan 766 millimetr civə sütununa enməsi gözlənilir. Nisbi rütubət isə 70–80 faiz civarında olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntı ehtimalı var. Bəzi bölgələrdə arabir duman olacaq, mülayim qərb küləyi isə davam edəcək. Havanın temperaturu gecə 2–6 dərəcə, gündüz isə 12–17 dərəcə isti olaraq proqnozlaşdırılır.
Dağlarda gecə 3–8 dərəcə, yüksək dağlıq ərazilərdə 10–15 dərəcə şaxta gözlənilir. Gündüz isə temperatur 3 dərəcə şaxtadan 2 dərəcə istiyədək dəyişəcək.