Ezonn Xəbər

Bakıya sabah da yağış yağacaq - PROQNOZ

Bakıya sabah da yağış yağacaq - PROQNOZ
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 11-də hava şəraiti ilə bağlı gözləntilər açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli fasilələrlə yağış yağacağı ehtimal edilir. Gündüz saatlarında isə yarımadanın ayrı-ayrı hissələrində intensiv yağışların olması mümkündür. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqinin 770 mm civə sütunundan 766 mm civə sütununa enəcəyi gözlənilir. Nisbi rütubət isə 70-80% təşkil edəcək. Ölkənin rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər saatlarında bəzi şərq rayonlarında qısa müddətli yağıntı olacağı proqnozlaşdırılır. Bir sıra yerlərdə bir qədər duman da verilə bilər. Mülayim qərb küləyi əsəcək. Rayonlarda havanın temperaturu gecə 2-6° isti, gündüz 12-17° isti, dağlarda isə gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə isə 10-15° şaxta, gündüz isə 3° şaxtadan 2°-dək isti olması nəzərdə tutulur.