Kənd təsərrüfatı məhsulları 3 il müddətinə ƏDV-dən azad edilir

Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı, o cümlədən sənaye üsulu ilə istehsal olunanlar, 2029-cu ilin sonuna qədər əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.
Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində qeyd olunub. Müvafiq layihəyə əsasən, buğdanın idxalı və satışı, eləcə də buğda ununun və çörəyin istehsalı və satışı da eyni müddət ərzində ƏDV-dən azad ediləcək.
Bu dəyişiklik, kənd təsərrüfatı istehsalının artırılması və yerli istehsalın təşviqi məqsədini güdür. Materiallardan istifadə zamanı müvafiq istinadların qeyd olunması tələb olunur.