Ezonn Xəbər

Noyabrın 11-də güclü yağış gözlənilir

Noyabrın 11-də güclü yağış gözlənilir
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 11-də havanın şəraiti ilə bağlı gözləntilər açıqlanıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, gün ərzində isə qısamüddətli intensiv yağışların olacağı bildirilib. Mülayim cənub-şərq küləyinin əsəcəyini proqnozlaşdırılır. Havanın temperaturu gecə 5-7°C, gündüz isə 11-14°C arasında dəyişəcək. Atmosfer təzyiqinin 770 mm civə sütunundan 766 mm civə sütununa enəcəyi gözlənilir. Nisbi rütubət 70-80% arasında olacaq. Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçməsinin proqnozu verilir. Həmçinin, gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntılar mümkündür. Bəzi bölgələrdə arabir duman meydana gələ bilər. Rayonlarda mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6°C, gündüz 12-17°C olacağı, dağlıq ərazilərdə gecə 3-8°C şaxta, gündüz isə 3°C şaxtadan 2°C-ə qədər isti olacağı ehtimal edilib.