Sabah Bakıya və rayonlara yağış yağacaq

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda noyabrın 11-də yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal edilir. Gündüz saatlarında yarımadanın ayrı-ayrı bölgələrində qısamüddətli, intensiv yağıntılar baş verə bilər.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7°C, gündüz isə 11-14°C arasında olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% təşkil edəcək.
Azərbaycanda rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntılara rast gələ bilər. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi də müşahidə ediləcək. Havanın temperaturu gecə 2-6°C, gündüz 12-17°C arasında dəyişəcək. Dağlıq ərazilərdə gecə 3-8°C şaxta, yüksək dağlıq zonalarda isə 10-15°C şaxta, gündüz 3°C şaxtadan 2°C-ə qədər isti keçəcəyi gözlənilir.