Rusiyalı məşhurlar Ukrayna kəşfiyyatının "qara siyahısı"na düşdülər

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Rusiyanın Xalq artisti Sergey Bezrukov və məşhur teleaparıcı Mixail Qalustyan, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə aid olan "War and Sanctions" portalının məlumat bazasına daxil edilib. Bu barədə məlumat noyabrın 10-da yayımlanan qeydlərdə öz əksini tapıb.
Ukrayna tərəfi, S.Bezrukovun "qara siyahı"ya salınmasını onun ölkədəki hərbi əməliyyatları dəstəkləməsi və vətənpərvərlik mövzusunda təşkil olunan konsertlərdə aktiv iştirak etməsi ilə əsaslandırır. Məlumat vərəqəsində qeyd edilir ki, o, 2014-cü ildən etibarən digər sənətçilərlə birlikdə Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı mövqeyini dəstəkləyən məktubu imzalayanlardan biridir.
Mixail Qalustyanın da "qara siyahı"ya salınma səbəbi eyni şəkildə müharibəyə dəstək verməsi ilə izah olunur. M.Qalustyanın Rusiya Müdafiə Nazirliyi ilə bir neçə layihə çərçivəsində sıx əməkdaşlıq etdiyi də vurğulanır.