“Mançester Yunayted” Karriklə yolları ayırır
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
“Mançester Yunayted” rəhbərliyi Maykl Karriklə yolları ayırmağa hazırlaşır. "Cebheinfo.az"-ın verdiyi məlumata görə, klub hələlik rəsmi qərar verməsə də, Britaniya mediası yeni məşqçi axtarışlarına başlandığını yazır. Dəyişikliyin növbəti prinsipial "Liverpul" matçına qədər baş verməsi gözlənilir.
Qırmızı şeytanların baş məşqçi postuna keçməyə ən yaxın namizədi hazırda ABŞ milli komandasını çalışdıran Maurisio Poçettinodur. Rəhbərliyin digər variantları arasında azad agent statusundakı Eddi Hau və Yulian Naqelsmannın da adı çəkilir. Qərarın isə yaxın günlərdə açıqlanacağı gözlənilir.