Əbu-Dabidə üçtərəfli görüşlər başladı

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni diplomatik görüşlər başlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov “Telegram” kanalında paylaşım edib. İlk görüşün Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri ilə keçirilməsi planlaşdırılır. ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin də bu görüşə qatılacağı bildirilib. Görüşdə tərəflərin mövqelərinin razılaşdırılması və danışıqların növbəti mərhələsi ilə bağlı addımların koordinasiyası müzakirə ediləcək. Daha sonra Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqlar həyata keçiriləcək. Rüstəm Umerov Ukrayna nümayəndə heyətinin tərkibində Kirill Budanov, David Araxamiya, Sergey Kislitsa və Vadim Skibitskinin yer aldığını qeyd edib. O, müzakirə ediləcək prioritetlərin hərbi əməliyyatların dayandırılması, müharibədən sonrakı təhlükəsizlik təminatları, ölkənin iqtisadi bərpası və humanitar məsələlər olduğunu vurğulayıb.