Azərbaycan XİN Polşaya başsağlığı verdi
Ezonn TV «News24.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN), Polşanın Krakov şəhərində baş vermiş silahlı hücum nəticəsində insan tələfatı ilə bağlı bu ölkəyə başsağlığı göndərib. Nazirliyin "X" sosial media hesabında edilən paylaşımda, "Polşanın Krakov şəhərində insan tələfatı və çoxsaylı yaralanmalarla nəticələnən silahlı hücum xəbərindən dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını arzulayırıq. Bu çətin günlərdə düşüncələrimiz Polşa xalqı ilədir" - deyə qeyd olunub. Qeyd edək ki, atışma nəticəsində 6 nəfər həlak olub, 10-a yaxın insan isə yaralanıb.