Ezonn Xəbər

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə danışıqlar aparır

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə danışıqlar aparır
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb. Bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov məlumat verib. Umerov bildirib ki, Ukraynanın ilk görüşü Avropa və NATO nümayəndələri ilə həyata keçiriləcək. ABŞ nümayəndələrinin də danışıqlara qoşulması gözlənilir. Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Heyətdə Rusiyanın xarici işlər nazirinin müavinləri Sergey Ryabkov, Mixail Qaluzin, hərbi kəşfiyyatın rəisi İqor Kostyukov və Baş Qərargahın nümayəndəsi Yuri Jiqarlovski də yer alır. ABŞ-ı danışıqlarda Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil edir. Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov başçılıq edir. Heyətin tərkibində Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov və “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya da iştirak edir.