Ezonn Xəbər

UNEC tələbəsi Yasən Məmmədov vəfat edib

UNEC tələbəsi Yasən Məmmədov vəfat edib
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbinin tələbəsi Yasən Məmmədov vəfat edib. Məlumat UNEC Biznes Məktəbi tərəfindən açıqlanıb. Qeyd olunub ki, Yasən Məmmədov MBA proqramının A6/2-120-25 qrupunda təhsil alırdı. Universitet, Yasən Məmmədovun vəfatı ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib.