Sabirabaddakı qəzada ölən məktəblinin şəxsiyyəti bilindi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 7-də Sabirabad şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində 10-cu sinif şagirdi P.Həsənli həyatını itirib. Hadisə zamanı Tural Əliyev idarə etdiyi VAZ-2106 markalı avtomobillə yolu keçən P.Həsənlini vurmuşdur. Bu insident nəticəsində ağır yaralanan gənc xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib. Qəza zamanı P.Həsənlinin 10-cu sinif şagirdi olduğu məlum olub.