Ezonn Xəbər

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ-ı tənqid etdi

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ-ı tənqid etdi
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi, ABŞ hökumətinin İrana qarşı müharibə vəziyyətində olduğunu və bunun onların fəaliyyətlərini iflic etdiyini vurğulayıb. O, Vaşinqtonun çıxılmaz bir vəziyyətdə olduğunu, bir qumarbaz kimi çırpındığını bildirib. Rzayi, “Xəyali danışıqlar barədə saxta xəbərlər yaymağı dayandırın. Qərbi Asiyada yaranan yeni nizamı inkar etməyi dayandırın. İranın dəfələrlə irəli sürdüyü yeddi şərti qəbul edib təslim olmağın vaxtıdır” ifadələrini istifadə edib.