Zelenski bu gün Danimarkaya səfər edəcək

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün, noyabrın 10-da Danimarkaya səfər edəcək. Danimarka hökumətinin verdiyi məlumata əsasən, səfər çərçivəsində Ukraynaya hərbi dəstək və Avropanın təhlükəsizliyi məsələlərinin müzakirə olunması planlaşdırılır.
Görüşdə Şimali Avropa ölkələrinin dövlət və hökumət başçılarının iştirakı da gözlənilir. Danışıqların əsas mövzularından biri Ukraynanın hava hücumundan müdafiə sistemlərinə acil ehtiyacıdır. Eyni zamanda, ölkənin enerji sektorunun qorunması məsələləri də müzakirə olunacaq.