Aqrar məhsul istehsalı daha 3 il müddətinə ƏDV-dən azad edilir

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyənin daha 3 il müddətinə, yəni 2029-cu ilin sonuna qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilməsinin nəzərdə tutulduğu bildirilib. Bu qərar Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Bundan əlavə, layihəyə əsasən, buğdanın idxalı və satışı, həmçinin buğda ununun və çörəyin istehsalı və satışı da 2029-cu ilin sonuna qədər ƏDV-dən azad olunacaq.