Aqrar məhsul istehsalçıları daha 3 il ƏDV ödəməyəcəklər

Ezonn TV «Naxçıvan Xəbərləri» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının, o cümlədən sənaye üsulu ilə istehsal edilənlərin satışı üzrə dövriyyənin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur. Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Ayrıca, layihəyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı, eləcə də satışı da daha 3 il müddətinə, yəni 2029-cu ilin sonuna qədər ƏDV-dən azad olacaq.