Möhsün Rzayi Vens asında görüş olmayacaq - Əraqçi

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ vitse-prezidenti Ceyms Devid Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Qətərin paytaxtı Dohada görüşəcəyi barədə yayılan məlumatları təkzib edib. Nazirin IRNA agentliyinə verdiyi açıqlamada, "Bu ehtimallar və mediada yayılan məlumatlar tamamilə əsassızdır. Belə bir görüş planlaşdırılmır", – deyə bildirib. Qeyd edək ki, əvvəlki xəbərlərdə ABŞ və İsrailin İrana qarşı başladığı müharibəyə son qoymaq məqsədilə bu görüşün baş tutacağına dair iddialar irəli sürülmüşdü.