Ezonn Xəbər

Ermənistanda müxalifətçi namizəd Arsen Gevorkyan təcridxanada vəfat edib

Ermənistanda müxalifətçi namizəd Arsen Gevorkyan təcridxanada vəfat edib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Arsen Gevorkyan, Gürcüstanın İrəvan şəhərində yerləşən istintaq təcridxanasında 46 yaşında vəfat edib. O, Güclü Ermənistan Partiyasının (GEP) Stepanavan şəhərinin meri postuna namizədi idi. Gevorkyan bələdiyyə seçkisi ərəfəsində saxlanılmışdı. Məlumata görə, siyasətçi paytaxtın Nubaraşen rayonundakı cəzaçəkmə müəssisəsində olub. Noyabrın 10-da səhər saatlarında vəziyyəti pisləşmiş, bunun nəticəsində təcili tibbi yardım çağırılıb. Nəticədə Arsen Gevorkyanın ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib. O, həbs edildikdən 20 gün sonra həyatını itirib. Gevorkyan, Lori vilayətinin Stepanavan icmasında Ağsaqqallar Şurasına keçirilən seçkilərdə GEP-in siyahısına rəhbərlik edirdi. Partiya seçkilərdə qalib gələcəyi halda onun bələdiyyə sədri vəzifəsinə iddialı olduğu bildirilirdi. Müxalifətçi namizəd sentyabrın 20-də irəli sürülmüşdü, lakin oktyabrın 21-də - seçkilərə cəmi 4 gün qalmış rüşvətvermə ittihamı ilə 2 aylıq müddətə həbs edilmişdi. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi, Gevorkyanın ofisində seçicilərə rüşvət paylanılması ilə bağlı video yayımlamışdı. Ümumilikdə, Stepanavandakı rüşvət işi ilə bağlı 24 nəfər saxlanılıb, onların arasında Ağsaqqallar Şurasına əldə olan 4 namizəd də var.