Ezonn Xəbər

Trampın Rusiyaya qarşı mövqeyi Baydendən fərqlənir - Lavrov

Trampın Rusiyaya qarşı mövqeyi Baydendən fərqlənir - Lavrov
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Rusiya ABŞ-la bağlı heç bir illüziyaya qapılmadığını bəyan edir. Müxtəlif dövrlərdə ABŞ prezidentləri arasında yanaşmaların fərqliliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən vurğulanıb. Lavrov, Donald Trampın prezidentliyi dövründə Vaşinqtonun dialoqa açıq olduğunu, Co Baydenin isə əvvəlki administrasiyasının təkəbbürlü mövqeyi ilə fərqləndiyini qeyd etdi. Onun sözlərinə görə, Bayden administrasiyası kollektiv təhlükəsizlik təminatlarını müzakirə etməkdən imtina edib, bu isə dialoq imkanlarını məhdudlaşdırıb. Lavrov, “Biz Tramp administrasiyası ilə bağlı heç bir illüziyaya qapılmırıq. İllüziyalara qapılmasaq da, beynəlxalq siyasətin gələcək inkişafı ilə bağlı dərin ziddiyyətləri başa düşsək də, əlbəttə, danışmaq həmişə daha yaxşıdır. Soyuq müharibə dövründə də belə idi, hərbçilərimiz amerikalı həmkarları ilə danışırdılar. Hazırda ABŞ-la münasibətlərimizdə də eyni vəziyyət yaşanır”, - deyə vurğuladı.