Ezonn Xəbər

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb - YENİLƏNİB

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb - YENİLƏNİB
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. ABŞ, Ukrayna və avropalı tərəfdaşların nümayəndələri, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı səyləri və sülhün təmin edilməsi üçün lazım olan şərtləri müzakirə edirlər. Bu barədə, Əbu-Dabidə keçirilmiş koordinasiya görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib. Bəyanatı ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff açıqlayıb. Üçtərəfli danışıqlar başlamazdan əvvəl Ukrayna nümayəndə heyəti, Avropa İttifaqı (Aİ) və ABŞ nümayəndələri ilə ilkin birgə görüş keçirmişdir. Bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov öz teleqram kanalında məlumat verib. Görüşdə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyası nümayəndələri də iştirak ediblər. ABŞ-nin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner də danışıqlarda yer alıblar. Ukrayna nümayəndə heyətinin tərkibində Kirill Budanov, David Araxamiya, Sergey Kislitsa və Vadim Skibitski yer alır. R.Umerov qeyd edib ki, danışıqların növbəti mərhələsindən əvvəl gələcək addımları əlaqələndirəcəklər. O, həmçinin, bu mərhələnin Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə keçiriləcəyini vurğulayıb. R.Umerov, müharibənin dayandırılması, təhlükəsizlik zəmanətlərinin verilməsi, ölkənin iqtisadi bərpası və humanitar məsələlərin həlli ilə bağlı Ukraynanın prioritetlərini açıqlayıb. "Bu məsələlərdə maksimum irəliləməyi və sülhü yaxınlaşdırmağı hədəfləyirik" , - o bildirib. Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqlar planlaşdırılır.