Kukurelya "Real Madrid"in ən yaxşı futbolçusunun adını açıqlayıb

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İspan müdafiəçi Mark Kukurelya, "Real Madrid"in heyətində ən çox bəyəndiyi futbolçunun Arda Güler olduğunu vurğulayıb. O, bu barədə COPE radiosunun "El Partidazo de COPE" proqramına müsahibəsində məlumat verib.
Kukurelya, Kilian Mbappe, Cud Bellinqem və Tibo Kurtua kimi tanınmış futbolçuların adını çəksə də, az diqqət görən bir oyunçunu seçmək istədiyini qeyd edib. "Mbappe, Bellinqem və ya Kurtuanın adını çəkə bilərdim. Amma mənim çox bəyəndiyim və bir qədər kölgədə qalan futbolçunun adını deyəcəyəm: Arda Güler. O, çox keyfiyyətli oyunçudur. Arda meydanda olanda fərqli oynayırıq. O məni ən çox təəccübləndirən futbolçudur," - deyə Kukurelya bildirib.