Qubada ölümlə nəticələnən qəzada yaralananların son vəziyyəti

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Quba rayonunun Tüləkəran kəndi ərazisində noyabrın 10-da baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, hadisə saat 02:10-da qeydə alınıb. Hadisə səbəbi ilə Quba Rayon Mərkəzi Xəstəxanasına iki nəfər hospitalizasiya olunub.
Pasiyentlərə döş qəfəsinin küt travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi və sıyrılması, habelə qapalı kəllə-beyin travması və baş beynin silkələnməsi diaqnozları qoyulub. Vəziyyətləri orta ağır hesab edilərək, müalicələri Travmatologiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, qəza 1995-ci il təvəllüdlü Nurəli Vidadi oğlu Əlirzayevin idarə etdiyi "Niva" markalı avtomobilin dərəyə aşıb. Bu hadisə nəticəsində sürücü və sərnişinlər - 2003-cü il təvəllüdlü Fəqan Ədilov, 2005-ci il təvəllüdlü Nuray Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Fəqan Ədilov xəstəxanaya aparılarkən yolda ölüb.