Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Naxçıvanda hərbi xidmətini yerinə yetirən gənc əsgər Elnar Tağıyev, buraxılışda olarkən Naxçıvan şəhərindəki Sahil Park ərazisində ölü tapılıb. Hadisənin səbəbləri hələlik tam aydın olmadığından, müvafiq orqanların araşdırma aparması gözlənilir. Elnar Tağıyevin ölümü ilə bağlı məlumatlar daha sonra dəqiqləşdiriləcək.