Gürcüstanın Azərbaycandan meyvə-tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan, Azərbaycandan 1,3 milyon ABŞ dolları dəyərində 843 ton meyvə və tərəvəz şirəsi idxal edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər olaraq 2,3 dəfə, kəmiyyət üzrə isə 78% artım deməkdir.
Araşdırmalara görə, Azərbaycan, Gürcüstana meyvə və tərəvəz şirəsi ixrac edən ölkələr arasında ikinci yerə yüksəlib. Bu ilin ilk 9 ayında Gürcüstan, xarici bazarlardan 10,5 milyon ABŞ dolları dəyərində 4 min 624 ton meyvə və tərəvəz şirəsi alıb, bu da bir il əvvəlki səviyyədən 10,4% azdır, lakin kəmiyyət baxımından 1,1% artım müşahidə olunub.
İdxal edilən məhsullar arasında Türkiyədən 2,2 milyon ABŞ dolları dəyərində 591 ton, Avstriyadan 1,2 milyon ABŞ dolları dəyərində 218 ton, Niderlanddan isə 882 min ABŞ dolları dəyərində 209 ton meyvə və tərəvəz şirəsi alınıb. Bundan əlavə, Ukraynadan 846 milyon ABŞ dolları dəyərində 673 ton məhsul gətirilib.
2025-ci il üçün proqnoza əsasən, Gürcüstan xaricdən 17 milyon ABŞ dolları dəyərində 6 min 461 ton meyvə və tərəvəz şirəsi alacaq, bunun 857 min ABŞ dolları dəyərində 669 tonu Azərbaycan istehsalı olacaq.