Ezonn Xəbər

Bolqarıstanda 50 avtomobil toqquşdu, ölənlər var

Bolqarıstanda 50 avtomobil toqquşdu, ölənlər var
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Bolqarıstanın cənub-şərqində, Yambol şəhəri yaxınlığında baş vermiş zəncirvari yol qəzasında 50-yə yaxın avtomobil toqquşub. Hadisənin baş vermə səbəbi sıx dumanın olması ilə əlaqələndirilir, bu da görmə məsafəsini ciddi şəkildə məhdudlaşdırmışdır. Qəza zamanı ən azı 10 nəfərin həyatını itirdiyi bildirilir. Həmçinin, 27-dən çox yaralı xəstəxanalara yerləşdirilib. Yaralıların bəziləri avtomobillərdə sıxılmış vəziyyətdə qaldığı üçün xilasedici komandalar onların xilas edilməsi üçün işlərini davam etdirirlər. Hadisə Yambol yaxınlığındakı “Zimnitsa” və “Kabile” yol qovşaqları arasında baş verib. Görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması, qəzanın baş verməsinə səbəb olduğu düşünülür. Qəzaların baş verdiyi əraziyə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Hökumət tərəfindən hadisənin səbəbləri araşdırılır və vətəndaşların təhlükəsizliyi üçün daha tədbirlərin görülməsi planlaşdırılır.