Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr OLACAQ

Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir.
Dünyanın ən hündür binalarının yeni layihələrinin hazırlanması gündəmə gəlib. “Naked Science” nəşrinin verdiyi məlumata görə, planlaşdırılan tikintilər arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda hündürlüyü 2000 metr olan göydələn layihəsi xüsusilə diqqət çəkir. Bu bina, “Bürc Xəlifə”nin rekordunu iki dəfə aşmağı planlaşdırır.
Proyekt, Britaniyanın “Foster + Partners” şirkəti tərəfindən hazırlanmışdır və 306 kvadratkilometrlik “North Pole” şəhərsalma kompleksinin əsas hissəsi olacaq. Əgər bu layihə reallaşarsa, “Bürc Xəlifə”dən kəskn üstünlük qazanmış olacaq.
Həmçinin, Misirin Yeni İnzibati Paytaxtında “Oblisco Capitale” göydələninin 1000 metr hündürlükdə tikilməsi planlaşdırılır. Bu layihə 2018-ci ildən bəri gündəmdədir və həyata keçirilərsə, dünyanın ən hündür binalarından birinə çevriləcək.
İndoneziyanın yeni paytaxtı Nusantara şəhərində 156 mərtəbəli “BUMN Tower”ın inşası da planlaşdırılır. Bu binanın ümumi hündürlüyü dam səviyyəsində 745 metr, şpillə ilə birlikdə isə 780 metr təşkil edəcək.
Dubayın “Uptown” rayonunda 711 metr hündürlüyündə “Uptown Dubai Tower 1” layihəsi də mövcuddur. Tamamlandığı takdirde, bu bina şəhərin üçüncü ən hündür tikilisi olacaq. Sankt-Peterburq şəhərində də 703 metr hündürlüyündə “Laxta Mərkəzi – 2” binasının inşası planlaşdırılır.
Məlumatlara görə, bəzi layihələr hələ planlaşdırma mərhələsindədir və onların tamamlanacağına dair dəqiqlik yoxdur. Bununla yanaşı, Səudiyyə Ərəbistanında 2025-ci ildə təqdim olunan “King Salman Gate” layihəsi Məkkədə gerçəkləşəcək. Burada 600 metr hündürlüyündə bina tikilməsi nəzərdə tutulur.