Ezonn Xəbər

Gürcüstan 91 əcnəbini deportasiya edib

Gürcüstan 91 əcnəbini deportasiya edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər ərzində 91 əcnəbi vətəndaşı ölkədən deportasiya edib. Bu barədə nazirl .in mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, deportasiya edilən şəxslər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Konqo, Çin, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Tailand, Tacikistan, Özbəkistan, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları yer alır. Deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub. Qeyd edək ki, Gürcüstanda 2025-ci ildən etibarən qeyri-qanuni miqrantlara qarşı mübarizə sərtləşdirilir. Miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər deportasiya və miqrantların yoxlanılması proseslərini daha da sadələşdirir. Rəsmi statistikaya görə, cari ilin əvvəlindən etibarən Gürcüstandan 3,7 mindən artıq əcnəbi deportasiya edilib. Onların 250-dən çoxu Rusiya vətəndaşlarıdır. Bu, ölkənin miqrasiya siyasətinin sərtləşməsinin təsdiqidir.