Nəvəsinin andiçməsinə gedən yaşlı kişi itkin düşüb

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Astara rayonunun Kakalos kənd sakini 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. O, nəvəsinin andiçmə mərasimi üçün Gəncəyə gedib və bu zaman müəmmalı şəkildə izlərindən itib.
M.Hüseynovun oğlu bildirib ki, atası mərasim zamanı nəvəsi ilə görüşüb, lakin həmin görüşdən sonra itkin düşüb. Hadisənin baş verdiyi vaxtdan etibarən yaxınları və polis M.Hüseynovun axtarışına başlayıb.
Vətəndaşın itkin olduğu barədə məlumat verildikdən sonra təhlükəsizlik qüvvələri hadisə ilə bağlı dərhal tədbirlər görüblər. M.Hüseynovun əynində qara papaq, gödəkcə, şalvar və qəhvəyi köynək olduğu bildirilir.
Ailəsi itkin düşən şəxsin tapılması üçün ətrafdakıların yardımını da xahiş edir. Hər hansı məlumatı olan şəxslərin Mirzəcan Hüseynovun oğlu ilə (+994 50) 683 37 23 nömrəsi vasitəsilə əlaqə saxlamaları tövsiyə olunur.