Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü — Fotolar-Yenilənib

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Astara rayonunun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Hadisə, onun Gəncədəki hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasiminə getməsi zamanı baş verib.
M.Hüseynovun oğlu məlumat verib ki, görüş vaxtı atası nəvəsi ilə bir araya gəlib, lakin həmin ərəfədə müəmmalı şəkildə itkin düşüb. İtkin düşmə ilə bağlı ailəsi artıq polisə müraciət edib, axtarışlar isə davam edir.
Mətbuat xidməti bəyan edib ki, Mirzəcan Hüseynovun itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. 1942-ci il təvəllüdlü şəxsin naməlum istiqamətə getməsi ilə bağlı axtarış elan edilib və tapılması istiqamətində tədbirlər görülür.
Mirzəcan Hüseynovun əynində qara papaq, gödəkcə, şalvar və qəhvəyi köynək olub. Onun haqqında məlumatı olan şəxslərdən oğlu ilə (+994 50) 683 37 23 nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur. Ailəsi, onun tapılması üçün narahatdır və bütün mümkün yardım üçün təşəkkür edir.