Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşdü

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Astara rayonu Kakalos kənd sakini, 84 yaşlı Mirzəcan Hüseynov Gəncədə itkin düşüb. Məlumata görə, o, nəvəsinin andiçmə mərasiminə qatılmaq üçün Gəncədə olub. Mərasimdən sonra Hüseynovdan xəbər alınmayıb.
Ailəsi onun itkin düşdüyünü polisə bildirdikdən sonra Daxili İşlər Nazirliyi tərəfindən axtarışlar başladılıb. Polis itkin düşən şəxsi tapmaq məqsədilə müvafiq tədbirlər görür.
Mirzəcan Hüseynovun itkin düşdüyü zaman qara papaq, gödəkcə, şalvar və qəhvəyi köynək geyindiyi bildirilir. Onun harada olduğu ilə bağlı hər hansı məlumatı olanların onun oğlu ilə əlaqə saxlaması xahiş olunur.
DİN-in mətbuat xidmətinin regional qrupundan əlavə edilib ki, itkin şəxsin naməlum istiqamətə getməsi ilə bağlı ailə üzvləri müraciət edib. Axtarış tədbirləri sürətləndirilib və geniş müstəvidə davam etdirilir.