Fransa 1.5 milyard avroluq hərbi peyklər hazırlayır

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Fransa Müdafiə Nazirliyinin Silahlanma üzrə Baş İdarəsi (DGA), yeni nəsil hərbi müşahidə peyklərinin hazırlanması üçün "Airbus Defence and Space" və "Thales Alenia Space" şirkətləri ilə əməkdaşlığa başlayıb.
Verilən məlumata görə, bu layihə 1.5 milyard avrodan artıq bir dəyərə malikdir. İRİS (kosmik kəşfiyyat və təsvir sistemləri) proqramı çərçivəsində iki yeni peyk 2035-ci ildən etibarən mövcud üç CSO peykini əvəz edəcək.
Hal-hazırda Fransa Silahlı Qüvvələrinin istifadəsində olan üç CSO peyki 2018, 2020 və 2025-ci illərdə orbitə buraxılmışdı. Yeni İRİS sistemi ilə, ölkənin kosmosdan optik kəşfiyyat imkanlarının güclənməsi gözlənilir.
Bu peyklər, Fransa üçün kosmosdan görüntü əsaslı kəşfiyyat məlumatları əldə etmək imkanlarını daha da artıracaq. Bununla yanaşı, görüntülərin keyfiyyətinin və əldə olunma sürətinin əhəmiyyətli dərəcədə yaxşılaşacağı bildirilib.