Ezonn Xəbər

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur

Süni intellekt tarixin ən qanlı insanlarını AÇIQLADI: Hitler ilk üçlükdə yoxdur
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Süni intellekt Grok, bəşər tarixində ən çox ölüm hadisəsilə əlaqəli olan insanları sıralayıb. Bu reytinqdə Çin diktatoru Mao Tsedun birinci, monqol fateh Çingiz xan ikinci və sovet lideri İosif Stalin isə üçüncü yerdədir. Adolf Hitler isə bu siyahıda yer almaması ilə sosial media istifadəçilərinin diqqətini cəlb edib. Grok-un təqdim etdiyi məlumatlara görə, Mao Tsedun aclıq, siyasi təmizləmə və Mədəni inqilab zamanı 40 ilə 70 milyon insanın ölümünə səbəb olub və buna görə də birinci yerdədir. Çingiz xan, monqol fəthləri nəticəsində 20 ilə 40 milyon insanın ölümü ilə ikinci yerə yüksəlib, İosif Stalin isə repressiya və aclıq səbəbi ilə 15-20 milyon insanın ölümünə yol açaraq üçüncü yeri tutub. Grok, Adolf Hitlerin qəsdən öldürülən mülki şəxslərin sayını 11-17 milyon arasında qiymətləndirir, bu səbəbdən Stalinin arxasında qaldığını bildirir. Bununla yanaşı, nasist rejiminin Holokost zamanı altı milyon yəhudini sistematik şəkildə öldürməsi və digər qruplara qarşı həyata keçirilən kütləvi qətllər də nəzərə alınır. Alternativ olaraq, süni intellekt ChatGPT tərəfindən yaradılan başqa bir reytinqdə Adolf Hitler 17-30 milyon insanın ölüm səbəbi ilə üçüncü yerə yüksəlir. Bu siyahıda Mao, 40-78 milyon ölümlə birincidir, Çingiz xan isə 40 milyon insanın ölümü ilə ikinci yerdədir. İkinci dünya müharibəsində baş verən müharibə nəticəsində isə 50-80 milyon insan həlak olub. Reytinqdə yer alan digər tarixi şəxsiyyətlər arasında Tamerlan (Timur), Honq Syutsyan, Belçika kralı II Leopold, Çan Kayşi, Vladimir Lenin və Hideki Todzyu da vardır.