Ezonn Xəbər

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Qapısı Bağlandı

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Qapısı Bağlandı
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının kiçik qapısının bağlanması sakinlərin narazılığına yol açıb. Uzun illərdir istifadə edilən bu qapının bağlanması nəticəsində xəstələrin xəstəxanaya daxil olması daha da çətinləşib. “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən şəhər sakinləri bildirirlər ki, xəstəxananın iki böyük və bir kiçik qapısı var. Kiçik qapının bağlanması ilə, xəstələr və onlara gələn yaxınları üçün əlavə 300-400 metr məsafəni piyada qət etmək məcburiyyətində qalırlar. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Aydın Məmmədov küçəsinə açılan iki qapısından biri böyük, digəri isə kiçikdir. Sakinlərin dediyinə görə, kiçik qapının yanı boyunca marşrut avtobuslarının dayanacağı yerləşir. Bu dayancaqda xəstələr asanlıqla xəstəxanaya daxil ola bilirdilər. Vətəndaşlar, kiçik qapının bağlanmasının onların gündəlik həyatına mənfi təsir etdiyini vurğulayaraq, məsələ ilə bağlı müvafiq orqanların tədbir görməsini xahiş edirlər. Xəstəxanaya daxil olmağın daha çətinləşməsi onların narahatlığını artırıb. “Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edir.