Ezonn Xəbər

Yardımlardan təcrid etmək üçün hərbi təlimlər keçirilir

Yardımlardan təcrid etmək üçün hərbi təlimlər keçirilir
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Çin, Tayvanı xarici hərbi yardımdan ayırmaq məqsədilə hərbi təlimlərə başlayıb. Məlumata görə, bu təlimlərdə “Liaoning” aviadaşıyıcısı və digər dəniz birləşmələri iştirak edir. Manevrlərin əsas məqsədi düşmənin bölgəyə girişini məhdudlaşdırmaqla, ABŞ və onun müttəfiqlərinin müdaxiləsinin qarşısını almaqdır. Tayvan Milli Təhlükəsizlik Şurasının açıqlamasına görə, ötən həftə Tayvan ətrafında, Cənubi Çin dənizində və Sakit okean akvatoriyasında Çin ordusuna aid 100-dən çox hərbi gəmi və sahil mühafizəsi qüvvələrinin müşahidə edilməsi qeyd olunub. Bu genişmiqyaslı fəaliyyət, Tayvan ilə Çin arasında gərginliyin daha da artdığı bir dönəmə təsadüf edir. Bununla yanaşı, Pekin rəsmi olaraq genişmiqyaslı hərbi təlimlər keçirməsini elan etməyib. Bu hadisələr, APEC sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Cinpinin gözlənilən görüşü və Tayvanda noyabrın 28-də keçiriləcək yerli seçkilər ərəfəsində baş verir.