"Qurdlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Türk televiziya dünyasının unudulmaz layihələrindən biri olan "Qurdlar Vadisi" yeni bir film ilə geri dönməyə hazırlaşır. Özcan Varaylı, Cərrahpaşalı Xalid (Halit) obrazını canlandırdığı bu film, "Cərrahpaşalılar" adı ilə tanınan yeni bir əsərdə baş rol oynayacaq.
Layihənin çəkilişlərinə artıq start verilib və bu, serial sevərlərin diqqətini cəlb edib. Film, güc, sədaqət və xəyanət temalarını mərkəzə alaraq, izləyicilərin marağını artırmağı hədəfləyir.
Filmin aktyor heyəti, tanınmış simalardan ibarətdir. Özcan Varaylı ilə yanaşı, Atilla Olgaç, Ümid Acar, Ərdəm Kaynarca, Melih Çardak, Levent Çakır, Sena Gənctürk və Ərhan Çircioğlu kimi mütəxəssislər bu əsərdə iştirak edirlər. Bu, müxtəlif nəsillərin istedadlarını bir araya gətirərək, köhnə serialın atmosferini yenidən canlandıracaq.
Yeni ekran işinin ən diqqətçəkən tərəflərindən biri də yüksək səviyyəli texniki təminatdır. Filmdəki döyüş səhnələrini daha da unikal etmək üçün ABŞ-dan peşəkar bir heyət dəvət edilib. Yüksək templi və xüsusi effektlərlə zənginləşdirilən bu film, sinemaseverlərə unudulmaz anlar yaşatmağı planlaşdırır.