Ezonn Xəbər

ABŞ Maliyyə Nazirinin İran hədələri səbəbindən hərbi bazaya köçməsi

ABŞ Maliyyə Nazirinin İran hədələri səbəbindən hərbi bazaya köçməsi
Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir. ABŞ-nin maliyyə naziri Skott Bessent, İran tərəfindən gələ biləcək potensial hədələrə görə Vaşinqtondakı evini tərk edərək hərbi bazaya köçməyə qərar verib. Bu barədə "The New York Times" (NYT) nəşrinə istinadən məlumat verilir. Nəşr, Bessentin ünvanına gələn təhdidlərin nə dərəcədə ciddi olduğu ilə bağlı dəqiq bir məlumatın olmadığına diqqət çəkir. Çərşənbə günü Amerikanın kəşfiyyat nümayəndələri, İranın ABŞ vətəndaşlarına və nümayəndələrinə qarşı hücum planlarının aktivləşməsi ilə bağlı xəbərdarlıq etmişdilər. İddialara görə, bəzi hücumların hazırlığı irəliləmiş mərhələyə çatıb. Eyni zamanda, ABŞ rəsmiləri İranın ABŞ ərazisində genişmiqyaslı hücumlar həyata keçirmək imkanlarının məhdud olduğunu vurğulayırlar. Tehran isə daha əvvəl amerikalı vəzifəli şəxslərə və vətəndaşlara qarşı hücumların hazırlanması ilə bağlı ittihamları qətiyyətlə inkar edib. ABŞ-nın Maliyyə Nazirliyi Bessentin köçməsi barədə hələlik əlavə məlumat verməyib. Qeyd edək ki, maliyyə naziri, Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiq siyasətinin həyata keçirilməsində önəmli rol oynayır.