Rusiya Ukraynanın ərzaq sənayesinə hücuma hazırlaşır

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Rusiya, Ukraynanın ərzaq sənayesinə aid obyektlərə qarşı kütləvi zərbələr endirməyə hazırlaşır. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr məlumat verib.
Məlumata görə, Rusiya, ilk növbədə, kənd təsərrüfatı məhsullarının saxlanması və emalı müəssisələrini hədəf alacaq. Zərbə təhlükəsi altında olan obyektlər arasında elevator və anbar infrastrukturunun, günəbaxan və digər bitki yağlarının istehsalı müəssisələrinin, eləcə də süd və yağ zavodları, ət kombinatları və quşçuluq fabrikləri qeyd edilib.
Mənbənin qiymətləndirməsinə görə, Moskva bu hücumlarla Ukraynada daxili vəziyyəti sabitliyini pozmağa çalışır. Planın əsas məqsədləri ərzaq təhlükəsizliyinə zərbə vurmaq, cəmiyyətdə ruh düşkünlüyü yaratmaq və Ukrayna biznesinin dağıdılmasıdır.
Bundan əlavə, Moskva, Ukraynanın ərzaq sənayesini məhv etməklə gələcəkdə Rusiya kənd təsərrüfatı məhsullarının, xüsusilə Afrika, Yaxın Şərq və Asiya ölkələrinə ixracını artırmağı hədəfləyir. Bu addımlar, bölgədəki ərzaq tədarükü sistemini daha da zəiflətmə potensialına malikdir.