Ezonn Xəbər

İntensiv yağış yağacaq – Xəbərdarlıq

İntensiv yağış yağacaq – Xəbərdarlıq
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Bu gün ölkəmizdə intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək aralıklı yağışların yağacağı bildirilir. Yarımadanın bəzi yerlərində yağışın qısa müddətli intensivliyi ehtimal olunur. Havanın temperaturu Bakıda gecə 5-7° isti, gündüz isə 11-14° arasında dəyişəcək. Atmosfer təzyiqinin 770 mm civə sütunundan 766 mm civə sütununa enəcəyi gözlənilir. Nisbi rütubətin 70-80 % təşkil edəcəyi xəbər verilib. Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ancaq gecə və səhər saatlarında bəzi şərq rayonlarında qısamüddətli yağıntıların mümkün olduğu vurğulanır. Bəzi bölgələrdə arabir dumanın görsənə biləcəyi de qeyd olunub. Rayonlarda havanın temperaturu gecə 2-6° isti, gündüz 12-17° arasında olacaq. Dağlıq ərazilər üçün isə gecə 3-8° şaxta, gündüz isə 3° şaxtadan 2°-dək isti hava şəraiti gözlənilir.