Ezonn Xəbər

Ukrayna hücumları artırdı, Rusiya neft emalı gücü azaldı

Ukrayna hücumları artırdı, Rusiya neft emalı gücü azaldı
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Ukrayna, oktyabrın sonunda Rusiyanın neft emalı zavodlarına hücumlarını bərpa edərək, ölkənin neft emalı gücünü təxminən 30 faiz azaldıb. Bu hücumların səbəbi isə ABŞ Prezidenti Donald Trampın Kiyev və Moskva arasında enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı elan etdiyi razılaşmanın həyata keçirilməməsi olmuşdur. “Məlumata görə, son bir həftə ərzində Ukrayna, Rusiyanın 35 ən böyük neft emalı zavodundan doqquzunun fəaliyyətini pozmuş və bu, müəssisələrdə fövqəladə vəziyyətlərə səbəb olub. Mənbələrin qiymətləndirməsinə görə, Rusiyada xam neftin gündəlik emalı həcmi 200 min tona qədər azala bilər,” - deyə “Röyters” öz mənbələrinə istinadla bildirir. Oktyabrın sonundan etibarən dron hücumlarına məruz qalan Rusiya neft emalı zavodlarının ümumi gündəlik emal gücü təxminən 300 min ton, yaxud 2,2 milyon barrel təşkil edir. Zərər çəkən müəssisələr arasında Ryazan, Yaroslavl və Volqaboyu bölgəsindəki neft emalı zavodları da yer alır. Rusiya neft emalı üzrə ilkin gücü gündəlik təxminən 930 min ton təşkil edirdisə, oktyabrın sonunda bu göstərici gündəlik 700 min ton, yaxud 5 milyon barrelə qədər azalmışdır. Bu hücumların Rusiya iqtisadiyyatında ciddi təsirlərə yol açacağı gözlənilir.