10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
İstanbul Hava Limanında 70 kiloqramqaçaqmal qızılla saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədovun apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməsə də, cəzanın miqdarı azaldılıb.
Bakı Hərbi Məhkəməsi tərəfindən verilən hökmə görə, Qəhrəman Məmmədovun cəzası 6 ildən 5 il 6 aya endirilib. Bu qərar polkovnik-leytenantın cinayət işinin yeni qiymətləndirməsi nəticəsində verilib.
Qeyd edək ki, Q.Məmmədov, ABŞ-dəki Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. Onun İstanbuldakı hava limanında çantasında 10 milyon manat dəyərində 70 kiloqram qızıl külçələr aşkar edilmişdi.
Həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən edilib. Zabitə qarşı Cinayət Məcəlləsinin bir neçə maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr, xüsusilə, ölkə hüdudlarından kənarda qaçaqmalçılıq edilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bağlıdır.