İspaniya Rusiyadan qaz alışını bərpa etdi

Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir.
İspaniya sentyabr ayında dörd ildən sonra ilk dəfə Rusiyadan mayeləşdirilmiş təbii qaz alışını bərpa edib. Bu barədə ölkənin enerji şirkəti "Enagas"ın hesabatında məlumat verilib.
Statistikaya əsasən, İspaniya ay ərzində Rusiyadan 2086 GVt/saat mayeləşdirilmiş təbii qaz alıb. Bu isə İspaniyanın ümumi qaz idxalının 6,4%-ni təşkil edir və Rusiyanı oktyabr ayında İspaniyanın dördüncü ən böyük qaz tədarükçüsü edir.
Oktyabr ayında, ABŞ İspaniyanın qaz alışlarının 44,3%-ni təşkil edərək liderlik edib. Əlcəzair isə 30,6% payla ikinci, Portuqaliya isə 6,9% payla üçüncü yerdədir. 2026-cı ilin ilk on ayında Rusiya İspaniyanın əsas qaz tərəfdaşları arasında üçüncü yerdədir, onun ümumi payı 14,3% (43.662 GVt/saat) təşkil edir. Əlcəzair 33,9%, ABŞ isə 32,2% ilə öndardır.
İspaniya bu il ərzində 15 ölkədən təbii qaz idxal edib. İndiyə qədər, Rusiyadan başqa Nigeriya, Fransa, Norveç və Türkiyə də təchizatçı siyahısına daxildir, lakin ölkələrin hər biri üçün dəqiq alış həcmləri açıqlanmır. Qeyd edək ki, İspaniya Rusiyadan qazını boru kəmərləri ilə deyil, spot bazar vasitəsilə mayeləşdirilmiş təbii qaz olaraq alır. 2026-cı ildən İspaniya ABŞ-dan mayeləşdirilmiş qaz idxalını da əhəmiyyətli dərəcədə artırıb.