Ezonn Xəbər

Qəzza əməliyyatlarından Knesset sədrliyinə - Matan Kahana kimdir?

Qəzza əməliyyatlarından Knesset sədrliyinə - Matan Kahana kimdir?
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. İsrail parlamentinin (Knesset) 26-cı çağırış deputatları çərşənbə axşamı and içərək fəaliyyətə başlayıb. Yeni çoxluq formalaşdırmış “Yaşar” partiyasının lideri Qadi Ayzenkot yeni spiker vəzifəsinə Matan Kahana namizədliyini irəli sürüb. Kahana, İsrail Müdafiə Ordusunun ehtiyatda olan polkovnikidir və əvvəllər dini xidmətlər naziri vəzifəsində fəaliyyət göstərib. Matan Kahana 1972-ci il iyulun 29-da Hayfa şəhərində anadan olub. Ailəsi onun körpəliyi dövründə ABŞ-a köçüb, daha sonra İsrailə qayıdaraq Beyt Qamliel yaşayış məntəqəsində məskunlaşıb. Dini-sionist ənənələrə malik bir ailədə böyüyən Kahana, gənclik illərində “Bney Akiva” dini-sionist hərəkatında aktiv olub. İsrail Müdafiə Ordusunda “Sayeret Matkal” özel bölməsi ilə xidmət etmiş Kahana, 2006-cı ildə İsrail-Livan müharibəsi və Qəzza zolağında həyata keçirilən hərbi əməliyyatlarda iştirak edib. 2018-ci ildən siyasətə qoşulan Matan Kahana, “Yeni Sağ” partiyasına üzv olub və 22-ci Knessetə deputat seçilib. 2021-ci ildən dini xidmətlər naziri kimi fəaliyyətdə olan Kahana, dini islahatlar təşəbbüsləri ilə tanınır. 2022-ci ildən sonra “Milli Birlik” siyasi alyansına qoşulub və 2026-cı il oktyabrın 27-də keçirilən parlament seçkilərində Knessetdəki deputat mandatını alıb. Kahana noyabrın 10-da Knesset sədrliyinə namizəd göstərilib. Onun sədr seçilməsi məsələsinə noyabrın 17-də baxılması nəzərdə tutulur. Kahana Bar-İlan Universitetində hüquq təhsili alıb və Lisa ilə evlidir, dörd övladı vardır.